Tramp: “Tayvana görə Çinlə müharibə aparmaq istəmirəm” – VİDEO

Tramp: “Tayvana görə Çinlə müharibə aparmaq istəmirəm” – VİDEO

Hazırda oxunan: Tramp: “Tayvana görə Çinlə müharibə aparmaq istəmirəm” – VİDEO

613455

ABŞ Tayvanın müstəqilliyi məsələsinə görə Çinlə müharibəyə getmək istəmir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

"Mən bunu belə deyəcəyəm: istəmirəm ki, kimsə müstəqillik elan etsin və sonra döyüşmək üçün 9500 mil yol qət etsin", - Tramp deyib.

Tramp vəziyyətin belə qalacağı təqdirdə Pekinin adaya qarşı heç bir tədbir görməyəcəyini də bildirib.

" Mən kiminsə müstəqil olmasını istəmirəm. Və bilirsinizmi, müharibə aparmaq üçün 9500 mil yol qət etməliyik? Mən bunu istəmirəm", - Tramp əlavə edib.

Qeyd edək ki, rəsmi Pekin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ın Tayvana silah satışı ənənəvi olaraq Vaşinqton və Pekin arasındakı münasibətlərdə əsas gərginlik nöqtəsi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO