Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

Hazırda oxunan: Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

613387

ÇXR sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlar zamanı Hörmüz boğazının tez bir zamanda açılmasının zəruriliyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin mətbuat xidmətinin məlumatına görə, Çinin xarici işlər naziri Van İ bildirib.

"Sədr Si Cinpin güc tətbiqinin problemləri həll etmədiyini, dialoqun isə yeganə doğru yol olduğunu vurğulayaraq Çinin dəyişməz mövqeyini ifadə edib", – deyə amerikalı liderin Pekinə səfərinin yekunlarına dair jurnalistlərin suallarını cavablandıran diplomat bildirib.
 

Onun sözlərinə görə, ÇXR Amerika Birləşmiş Ştatlarını və İranı nüvə problemi də daxil olmaqla, aralarındakı ixtilafları danışıqlar yolu ilə tənzimləməyə davam etməyə çağırır və atəşkəs rejiminə riayət olunması əsasında Hörmüz boğazının tez bir zamanda açılmasının tərəfdarı kimi çıxış edir.


Bundan əlavə, Van İ əlavə edib ki, Çin tərəfi bu dəniz yolundakı problemin köklü həllini hərbi əməliyyatların daimi və hərtərəfli şəkildə dayandırılmasına nail olunmasında görür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO