Dörd illik əsirliyin sonu... -FOTOLAR

Dörd illik əsirliyin sonu... -FOTOLAR

Hazırda oxunan: Dörd illik əsirliyin sonu... -FOTOLAR
613282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya ilə aparılan əsir mübadiləsinin ilk mərhələsi çərçivəsində 205 ukraynalı vətənə qayıdıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.

Ukrayna Prezidentinin sözlərinə görə, azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələri, Ukrayna Milli Qvardiyası və Ukrayna Dövlət Sərhəd Xidmətinin hərbçiləri yer alır.

Zelenski qeyd edib ki, bu, “1000-ə 1000” formatında həyata keçirilən əsir mübadiləsinin ilk mərhələsidir.
 

Azad edilənlər arasında əsgərlər, çavuşlar və zabitlər var. Onların əksəriyyətinin 2022-ci ildən etibarən Rusiya əsirliyində saxlanıldığı bildirilir.


Məlumata görə, geri qaytarılan hərbçilər Mariupol və Azovstal uğrunda döyüşlərdə, həmçinin Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı və Kiyev istiqamətlərində iştirak ediblər. Onların bir hissəsi Çernobıl Atom Elektrik Stansiyası ətrafında xidmət aparıb.

Ukrayna lideri əsirlərin geri qaytarılması istiqamətində çalışan hər kəsə və beynəlxalq tərəfdaşlara təşəkkür edib, əsirlikdə qalan bütün ukraynalıların azad olunması üçün mübarizənin davam edəcəyini vurğulayıb.

Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 1
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 2
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 3
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 4
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 5
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 6
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 7
Dörd illik əsirliyin sonu... -FOTOLAR - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO