İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

Hazırda oxunan: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp
612809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran ya Vaşinqtonla razılaşma əldə edəcək, ya da ABŞ “başladığı işi tamamlayacaq”.

Bizim.Media xəbər verir ki, Tramp bu fikirləri Çinə dövlət səfərinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Onlar ya düzgün addım atacaqlar, ya da biz işi bitirəcəyik. Ya razılaşma olacaq, ya da onlar məhv ediləcəklər. Hər iki halda biz qalib gəlirik”, – deyə o bildirib.

Tramp, həmçinin İran ətrafındakı vəziyyətlə bağlı atəşkəs ehtimalına dair suala qəti cavab verməyib və qərarın sonradan nəzərdən keçirilə biləcəyini deyib.

O, İranın nüvə proqramı ilə bağlı mövqeyini təkrarlayaraq bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq: “Onların nüvə silahı olmayacaq. Bunu bilirlər və razılaşıblar. Amma sonra bunu açıq şəkildə təsdiqləməkdən imtina etdilər. Biz oyun oynamırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO