ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcək?

ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcək?

Hazırda oxunan: ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcək?

612343

ABŞ və İran arasındakı münaqişənin nizamlanması üzrə danışıqlar prosesi davam edir, lakin ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatlara qayıtmağa hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Volts "ABC News" telekanalına müsahibəsində bildirib.

Daimi nümayəndə qeyd edib: "Bu danışıqlar və diplomatiya davam edir. Onların (ABŞ-ın təklifinə — red.) cavabını gözləyək... Prezident Tramp hərbi əməliyyatlara mümkün qayıdış anına qədər diplomatiya üçün bütün imkanları yaradır. Lakin o, şübhəsiz ki, bunu etməyə hazırdır".

Xəbərdə vurğulanır ki, Vaşinqton hazırda diplomatik kanallara üstünlük versə də, rəsmi Tehrandan gələcək reaksiyadan asılı olaraq güc variantını da istisna etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO