Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

Hazırda oxunan: Uşakov: “İrəvan iki stulda oturmağa çalışır, bu isə Moskvada təəssüf doğurur”

611795

İrəvan hələ də “iki stulda oturmaq” siyasətini davam etdirməyə çalışır və bu, Moskvada təəssüf doğurur.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Təəssüf ki, İrəvanda əvvəlki kimi iki stulda oturmaq siyasətinə sadiq qalmağa çalışırlar. Belə vəziyyətdə nə qədər qalmaq olar, bilmirəm”, - deyə Rusiya rəsmisi qeyd edib.

Uşakov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən son danışıqlarda “bütün nöqtələr i üzərinə qoyulub”.

O, həmçinin diqqətə çatdırıb ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər daha çox “ermənilərin dostları” üçün sərfəlidir.

Qeyd edək ki, son günlər Ermənistanın Qərblə yaxınlaşması, İrəvanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi və Paşinyanın Moskvadakı 9 May paradına qatılmayacağını açıqlaması Rusiya siyasi dairələrində narazılıqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO