İranda baş verən müharibə fonunda yanacaq qiymətlərinin artması aviasiya sahəsinə təsirsiz ötüşməyib.
Bizim.Media “Fiancial Times” nəşrinə istinadla xəbər verir ki, təyyarə yanacaqlarının qiymətində iki dəfə artım müşahidə edilib.
Yanacaqların qiymətinin artması öz növbəsində təyyarə biletlərinin qiymətlərinin yüksəlməsinə səbəb olub. Üstəlik, Avropa və Asiya arasındakı uçuşların üçdə birini icra edən Körfəz ölkələrinin aeroportlarının bağlanması uçuşları idarəolunmaz hala salıb.
“Cirium” şirkətinin məlumatlarına dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən uçuş üçün ümumilikdə 2 milyon oturacaq yerini çıxarıb.
Bundan əlavə, may ayı üzrə 12 min uçuş isə ləğv edilib. Bəzi istiqamətlərdə isə yanacağa qənaət məqsədilə daha kiçik və ya daha effektiv təyyarələrə keçid edilib. Məsələn, Etihad Airways Abu-Dabi–Honq Konq marşrutunda Airbus A350 əvəzinə daha az sərnişin tutumlu Boeing 787 modelinə keçib.
Oturacaq yerləri çıxarılan və uçuşları ləğv edən şirkətlər arasında ilk üçlüyü “Türk Hava Yolları”, “Çin Hava Yolları” və “Lufthansa” tutub.
Sıralamada həmçinin “United Airlines”, “Biritish Airways”, “American Airlines”, “All Nippon Airways” və digər şirkətlər də yer alıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
12:44 / 06.05.2026
Dünyada təyyarə biletləri KƏSKİN BAHALAŞDI – FOTO
Hazırda oxunan: Dünyada təyyarə biletləri KƏSKİN BAHALAŞDI – FOTO
Hazırda oxunan: Dünyada təyyarə biletləri KƏSKİN BAHALAŞDI – FOTO
611503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































