“Sony”nin oyun konsulları BAHALAŞIR

“Sony”nin oyun konsulları BAHALAŞIR

Hazırda oxunan: “Sony”nin oyun konsulları BAHALAŞIR

611405

“Sony” şirkəti bütün dünyada bərpa edilmiş “PlayStation 5” oyun konsollarının qiymətlərini artırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "NotebookCheck" portalı məlumat yayıb.

Disk ötürücüsü olan bərpa edilmiş “PlayStation 5 Slim”in qiyməti 100 dollar artaraq 550 dollara, “Digital Edition” versiyasının qiyməti isə 500 dollara yüksəlib. Bununla belə, bərpa edilmiş baza PS5-in qiyməti 400 dollar səviyyəsində qalıb. Yenilənmiş cihazların yaddaş böhranı və artan komponent qiymətlərindən əvvəl istehsal olunduğunu nəzərə alsaq, bu qərar qəribə görünür.
 

Eyni zamanda, şirkət daha əvvəl yeni konsolların da qiymətlərini qaldırmışdı. Xüsusilə, PS5-in rəqəmsal versiyası 600 dollara, disk ötürücülü versiyası 650 dollara, “PlayStation 5 Pro” 900 dollara, “PlayStation Portal” portativ cihazı isə 250 dollara qədər bahalaşıb. Bu, 2022-ci ildən bəri artıq üçüncü qiymət artımı dalğasıdır.


“Sony” qiymət tənzimləməsini qlobal iqtisadiyyatdakı təzyiqlərlə izah edir.

Sənaye mənbələrinə görə, qiymət artımı artıq Yaponiya kimi əsas bazarlar da daxil olmaqla tələbata mənfi təsir göstərir. “PlayStation” tarixində belə bir vəziyyət ilk dəfə müşahidə olunur. Belə ki, əvvəllər konsollar, əksinə zaman keçdikcə ucuzlaşardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO