İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

Hazırda oxunan: İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

611002

İranın Mənzil Fondu müharibə zamanı zərər çəkmiş təxminən 37 min ev və ticarət obyektinin təmir edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, hücumlar nəticəsində ölkədə 125 mindən çox mülki tikili dağıdılıb və ya ciddi zərər görüb.

Bildirilib ki, zərər dəyən obyektlər arasında yaşayış evləri, ticarət binaları, ictimai infrastruktur və sosial təyinatlı müəssisələr də var.

Qızıl Aypara Cəmiyyəti hücumlar zamanı səhiyyə sisteminə də ciddi ziyan dəydiyini açıqlayıb. Məlumata görə, xəstəxanalar, klinikalar və apteklər də daxil olmaqla 339 tibb müəssisəsi hədəfə alınıb və ya zərər görüb.
 

İranın Mənzil Fondunun məlumatında qeyd olunur ki, bərpa işləri mərhələli şəkildə davam etdirilir. İlk növbədə yaşayış üçün yararsız vəziyyətə düşmüş evlərin və gündəlik fəaliyyət üçün vacib olan ticarət obyektlərinin təmiri aparılır.


Rəsmi qurumlar zərər çəkmiş ailələrə və sahibkarlara dəstək tədbirlərinin davam etdiriləcəyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO