Avropanın iki dövləti BİRLƏŞİR? - Gözlənilməz BƏYANAT

Avropanın iki dövləti BİRLƏŞİR? - Gözlənilməz BƏYANAT

Hazırda oxunan: Avropanın iki dövləti BİRLƏŞİR? - Gözlənilməz BƏYANAT

610354

“Əgər Rumıniya vətəndaşları müsbət qərar versələr, Moldova Respublikası ilə birləşmə prosesindən keçməyə hazırıq”.

Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rumıniya prezidenti Nikușor Dan bildirib.

Onun sözlərinə görə, Rumıniyanın mövqeyi 2018-ci ildə parlamentin yekdil səsverməsindən sonra dəyişməz qalıb.

Həmin vaxt rəsmi Buxarest bəyan etmişdi ki, Moldova vətəndaşları istədiyi anda birləşməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl Moldovanın sabiq prezidenti İqor Dodon iddia edib ki, ölkənin hazırkı lideri Maya Sandu şəxsi hakimiyyət maraqları naminə Rumıniya ilə birləşməyə can atır.

Sandu isə öz növbəsində qeyd edib ki, Moldovanın Rumıniyaya qoşulması keçmiş sovet respublikası üçün Avropa inteqrasiyası prosesini daha da sürətləndirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO