NATO rəsmisindən ŞOK AÇIQLAMA: “Rusiya SSRİ sərhədlərini bərpa etməyə çalışır"

NATO rəsmisindən ŞOK AÇIQLAMA: “Rusiya SSRİ sərhədlərini bərpa etməyə çalışır"

Hazırda oxunan: NATO rəsmisindən ŞOK AÇIQLAMA: “Rusiya SSRİ sərhədlərini bərpa etməyə çalışır"

609598

NATO Rusiyanı əsas təhlükələrdən biri hesab edir və Moskvanın keçmiş SSRİ sərhədlərini bərpa etməyə çalışa biləcəyini istisna etmir.

Bizim.Media xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone bildirib.
 

Onun sözlərinə görə, təhlükə yalnız Baltikyanı ölkələrlə məhdudlaşmaya bilər. NATO rəsmisi qeyd edib ki, alyans Rusiyanın mümkün addımlarını nəzərə alaraq çəkindirmə və müdafiə siyasətini gücləndirir.


Kavo Draqone bildirib ki, NATO “360 dərəcə” prinsipi üzrə müdafiəyə fokuslanıb. Bu yanaşma Arktikadan alyansın cənub istiqamətinədək bütün təhlükəsizlik istiqamətlərini əhatə edir.

Admiral eyni zamanda Baltikyanı ölkələrin hazırda birbaşa təhlükə görmədiyini də etiraf edib.

Qeyd edək ki, Cüzeppe Kavo Draqone 2025-ci ilin yanvarından NATO Hərbi Komitəsinin sədri vəzifəsini icra edir. NATO-nun rəsmi məlumatına görə, Hərbi Komitə alyansın ali hərbi orqanıdır və Şimali Atlantika Şurasına hərbi məsələlər üzrə məsləhətlər verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO