İsrailin Baş naziri Benyamin Netanyahu ölkə ordusuna (SAXAL) Livandakı şiə "Hizbullah" hərəkatının obyektlərinə güclü zərbələr endirmək barədə əmr verib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə siyasətçinin baş ofisi məlumat yayıb.
"Hökumət başçısı Netanyahu İsrail Müdafiə Ordusuna Livandakı “Hizbullah” hədəflərinə güclü zərbələr endirməyi əmr edib", - bəyanatda deyilir.
Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, yeni danışıqlar zamanı İsrail və Livan atəşkəs rejiminin daha üç həftə uzadılması barədə razılığa gəliblər. Bununla yanaşı, Amerika lideri vurğulayıb ki, problem "Hizbullah"da qalmaqdadır.
Belə ki, İran tərəfindən dəstəklənən bu təşkilat danışıqlara qarşı çıxır və ötən cümə günü ilkin atəşkəs razılaşması qüvvəyə mindiyi andan etibarən hər iki tərəf onun şərtlərini dəfələrlə pozub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:43 / 25.04.2026
Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ
Hazırda oxunan: Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ
Hazırda oxunan: Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ
609356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































