Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Hazırda oxunan: Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

609129

Norveç ölkədə 16 yaşından kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsi barədə qanun layihəsi hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Norveçin Baş naziri Yonas Qar Störe açıqlayıb.

Məlumata görə, qanun layihəsi bu il təqdim ediləcək. 
 

Qeyd edək ki, oxşar layihə cari ilin yanvarında Fransa Milli Assambleyası tərəfindən də bəyənilib.


Həmçinin 2024-cü ilin noyabrında Avstraliya 16 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə girişini qadağan edən və yaş məhdudiyyəti tətbiq edən qanun qəbul edib. Türkiyədə də sosial mediada uşaqların qorunmasına yönələn, hərtərəfli qaydaları özündə birləşdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) komissiyasından keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO