Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Hazırda oxunan: Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

608121

Son illər dünyada göydələn layihələri xeyli populyarlaşıb. Bu sahədə yeni rekorda imza atıla bilər.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hazırda dünyadakı ən nəhəng göydələnlərdən biri Səudiyyə Ərəbistanında Qırmızı dənizin sahilində inşa olunur.

“Ciddə qalası” adlanan layihə çərçivəsində yeni göydələn ucaldılır.

Hazırda binanın 100-cü mətbəbəsi tikilir. Göydələnin inşası tamamlandıqda hündürlüyünün 1000 metrdən çox olacağı bildirilir. Tikinti işlərinin 2028-ci ilin avqustunda yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Bürc Xəlifə göydələnidir. 2010-cu ildə istifadəyə verilən bu möhtəşəm tikilinin ümumi hündürlüyü 828 metrdir və 160 mərtəbədən ibarətdir. (mətbuat.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO