Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

Hazırda oxunan: Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

606163

“Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığı gücləndirmək səylərini tam dəstəkləyir”.

Bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Çıxışı zamanı Belarusun sammitdəki nümayəndə heyətinin rəhbəri görüş iştirakçılarına Belarusun COVID-19 pandemiyasına qarşı mübarizə təcrübəsi barədə də məlumat verib. Qeyd olunub ki, Belarus iqtisadiyyatı dayandırmayıb, sərhədləri bağlamayıb, təkcə xarici yardıma arxalanmayıb, əksinə, Belarus səhiyyə sisteminin potensialından səmərəli istifadə edərək daxili resursları yönləndirib və səfərbər edib.

İ.Petrişenko Qoşulmama Hərəkatına üzv dövlətləri dünyanın səhiyyə sistemlərinə, eləcə də qlobal iqtisadiyyata, təhlükəsizliyə və istisnasız olaraq bütün üzvlərin inkişaf perspektivlərinə zərərli təsir göstərən birtərəfli məcburi tədbirlərə qarşı mübarizə aparmaq üçün əməkdaşlığa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO