Azərbaycan səması əsas marşruta çevrilib - FOTO

Azərbaycan səması əsas marşruta çevrilib - FOTO

Hazırda oxunan: Azərbaycan səması əsas marşruta çevrilib - FOTO
598970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran ətrafında gərginliyin artması və ABŞ ilə İsrailin mümkün zərbələri ilə bağlı müzakirələr fonunda bir çox ölkə hava məkanını bağlamağa başlayıb. Nəticədə aviaşirkətlər qısa müddətdə marşrutlarını yenidən qurmağa və reysləri təhlükəsiz istiqamətlərə yönləndirməyə məcbur qalıblar.

Bizim.Media xəbər verir ki, bu vəziyyətdə Azərbaycan ön plana çıxıb.

Regionda gərginlik yüksəldiyi və məhdudiyyətlər tətbiq olunduğu halda, Azərbaycanın hava məkanı beynəlxalq aviasiya üçün əsas işçi dəhlizə çevrilib.

Əvvəllər fərqli marşrutlarla hərəkət edən təyyarələr indi kütləvi şəkildə Azərbaycan üzərindən uçur.
 

Flightradar24 məlumatlarına görə, bu istiqamət hazırda əsas alternativ marşrut kimi istifadə olunur. Faktiki olaraq, sözügedən sektorda beynəlxalq reyslərin böyük hissəsi Azərbaycan səması vasitəsilə həyata keçirilir.


Bu, təsadüfi deyil. Bu, böhran dövründə etimad göstəricisidir. Azərbaycan bu gün real Şərq–Qərb hava qapısı rolunu oynayır. Regionda qeyri-sabitlik artdıqca, hərəkət məhz Bakı üzərindən davam edir. Bu artıq yalnız regional funksiya deyil — bu, qlobal logistika mərkəzi səviyyəsidir.

Azərbaycan səması əsas marşruta çevrilib - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO