MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...

MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...

Hazırda oxunan: MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...
593333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı yaxın 48 saat ərzində başlaya biləcəyi barədə məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə Ağ Evdəki mənbələr istinadən məlumat verib.

Qəzet yazır ki, Vaşinqton Tehrana təzyiqi kəskin artırıb və nüvə danışıqları pozularsa, güc tətbiq etməyi nəzərdən keçirir.

CNN bildirir ki, ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində nüvə obyektlərinə, hərbi və hökumət infrastrukturuna, eləcə də təhlükəsizlik rəsmilərinə yönəlmiş bir neçə hərbi variant müzakirə olunur. ABŞ-ın dəniz və hava qüvvələri artıq regionda cəmləşib və bu, birbaşa təzyiq elementi kimi qiymətləndirilir.

Eyni zamanda, İran tərəfi vasitəçilər vasitəsilə dialoqa hazır olduğunu bildirir, lakin hücum halında sərt cavab veriləcəyini xəbərdarlıq edir.

Bu hadislər fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampa ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammitin keçirilməsini təklif edib. Türkiyə mediasının məlumatına görə, ABŞ lideri təşəbbüsü müsbət qarşılayıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO