İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO

İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO

Hazırda oxunan: İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO
585811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda Əli Əşrəf Moəyyedi adlı din xadimi qadınlar və qızlarla bağlı səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, o, çıxışında hicab taxmayan qadınlara müraciət edərək, bu davranışla guya özləri üçün “hansı insan hüquqlarını yaratdıqlarını bilmədiklərini” iddia edib.

Hökumət mollası sərt və ziddiyyətli ifadələr işlədərək deyib: “Kaş içki düşkünü və haram yeyən olaydınız, amma hicablı olaydınız. Beləliklə, bütün insan hüquqlarını özünüz üçün toplamış olardınız. Ölüm anı yaxınlaşanda isə qaçış yolunuzun olmadığını görəcəksiniz”.

İranda qadınlar uzun illərdir məcburi hicab siyasəti və dövlət zorakılığı ilə üzləşir. Belə bir şəraitdə hökumətə yaxın din xadiminin “kaş içki içərdiniz, amma hicab geyinərdiniz” kimi ziddiyyətli və təhqiramiz fikirlər səsləndirməsi, rejimin qadın azadlıqlarına yanaşmasındakı ikili standartları bir daha açıq şəkildə ortaya qoyur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO