ABŞ Rusiyanın təhlükəsizliklə bağlı zəmanət tələbinə CAVAB VERDİ - VİDEO

Hazırda oxunan: ABŞ Rusiyanın təhlükəsizliklə bağlı zəmanət tələbinə CAVAB VERDİ - VİDEO

57305

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya ilə görüşüb.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, səfir ölkəsinin Rusiyanın təhlükəsizliklə bağlı yazılı zəmanət tələbinə cavabını çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: ABŞ Rusiya səfirini ölkədən çıxarır


ABŞ dövlət katibi Entoni Blinken isə jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Moskvaya cavab müttəfiqlər və Ukrayna ilə razılaşdırılıb.

"ABŞ və müttəfiqlərinin narahatlığını yazılı şəkildə Rusiyaya çatdırdıq. Rusiyaya cavabımız göstərir ki, biz dialoqa açıqıq", - deyə Blinken bildirib.

Blinken əlavə edib ki, sözügedən cavabla bağlı yaxın günlərdə rusiyalı həmkarı Sergey Lavrovla müzakirələr aparacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO