Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir?

Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir?

Hazırda oxunan: Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir?

49212

Yaşı 15-dən yuxarı olan hər beş avropalıdan biri hər gün siqaret çəkir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi məlumat yayıb.

Bunların üçdə ikisi gündə bir paketdən az, qalanı isə bir paket və ya daha çox siqaret çəkir.

Bolqarıstan gündəlik siqaret çəkən sakinlərin sayına görə Avropa ölkələri arasında birinci yerdədir - 28,7%.

Ölkə gündə bir qutu və ya daha çox siqaret çəkənlərin payına görə də liderlik edir - 12,9%. Yunanıstan 23,6% ilə ikinci, Latviya 22,1%-lə üçüncü yerdədir.

Almaniya, Xorvatiya, Slovakiya, Avstriya və Kiprdə də əhalinin 20%-dən çoxu tütün məmulatlarından istifadə edir.

Şimali Avropada siqaret çəkənlərin sayı xeyli azdır: İsveç, İslandiya və Finlandiyada əhalinin 10%-dən azı siqaret çəkir. Bu ölkələrdə insanların 3%-dən azı bir paket və ya daha çox siqaret çəkir.

Qadınlar kişilərdən demək olar ki, 1,5 dəfə az siqaret çəkir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO