Tufan 1 milyon dollarlıq heykəli dənizə tulladı - FOTO

Tufan 1 milyon dollarlıq heykəli dənizə tulladı - FOTO

Hazırda oxunan: Tufan 1 milyon dollarlıq heykəli dənizə tulladı - FOTO
32123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiyanın Kaqava prefekturasına aid olan Naoşima adasında tufan məşhur yapon heykəltaraşı xanım Yayoi Kusamanın “Sarı balqabaq” heykəlini dənizə yuyub aparıb.

Bizim.Media xəbər verir ki, üzərində qara dairələrin olduğu böyük balqabaq heykəli 1994-cü ildə ərazidə quraşdırılıb və həmin vaxtdan adanın əsas turizm obyektlərindən birinə çevrilib.

Qeyd edək ki, heykəlin hündürlüyü təqribən 2 metrə çatır. Adətən onu tufan vaxtı ərazidən təhlükəsiz yerə aparmaq məqsədilə özülə möhkəm bərkitmirlər.

Lakin bu dəfə tufan adanı gözlənilmədən ağuşuna aldığına görə, heykəli vaxtında götürmək mümkün olmayıb. Nəticədə külək onu qopararaq dənizə aparıb. Xoşbəxtlikdən balqabaq heykəli uzağa gedə bilməyib və külək onu yenidən sahilə qaytarıb.

Həmçinin bildirilir ki, konstruksiya bir neçə dəfə daşlara çırpıldığına görə, onun üzərində çatlar əmələ gəlib.

Buna görə də dəyəri təqribən 1 milyon dollardan baha olan heykəli bərpa etmək üçün “Benesse Art Site” mədəniyyət mərkəzinə veriblər. Bərpa işləri başa çatdıqdan sonra “Sarı balqabaq” heykəlinin öz əvvəlki yerinə qaytarılacağı qeyd edilir.

Bizim.Media

Tufan 1 milyon dollarlıq heykəli dənizə tulladı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO