Bu ölkədə növbədənkənar parlament seçkiləri keçirilir

Bu ölkədə növbədənkənar parlament seçkiləri keçirilir

Hazırda oxunan: Bu ölkədə növbədənkənar parlament seçkiləri keçirilir
28160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün yerli vaxtla saat 07:00-dan Moldovada növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, səsverməni yerli və xarici müşahidəçilər izləyir. Xarici müşahidəçilər arasında Azərbaycanın Mərkəzi Seçki Komissiyası aparatının nümayəndələri də var.

Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.

Onu da xatırladaq ki, parlament buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.

Səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO