TBMM-də rezonans doğuran FOTOLAR - İllər sonra yanaşı oturdular

TBMM-də rezonans doğuran FOTOLAR - İllər sonra yanaşı oturdular

Hazırda oxunan: TBMM-də rezonans doğuran FOTOLAR - İllər sonra yanaşı oturdular
273594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Böyük Millət Məclisində (TBMM) dünən axşam keçirilən rəsmi qəbulda Prezident Rəcəb Tayyib Ərdoğanın Əhməd Davudoğlu və Əli Babacanla birlikdə çəkdirdiyi foto böyük rezonans doğurdu.

Bizim.Media xəbər verir ki, tədbirdə hər kəslə salamlaşan Ərdoğan Davudoğlu və Babacanı yanına çağırıb.

Qısa söhbətdən sonra isə hər iki siyasətçi Prezidentin yanında əyləşib.

İki ay yarımdan sonra yenidən fəaliyyətə başlayan TBMM-də spiker Numan Kurtulmuş 28-ci çağırışın 4-cü qanunvericilik ilinin açılışı münasibətilə qəbul təşkil edib. Tədbirdə Prezident Ərdoğanla yanaşı, vitse-prezident Cevdet Yılmaz, MHP sədri Dövlət Baxçalı, parlament rəhbərliyi, AKP fraksiya sədri Abdulla Güler, DEM Partiya həmsədrləri Tunçer Bakırcan və Tülay Hatimoğulları, DEVA lideri Əli Babacan, Gələcək Partiyası lideri Əhməd Davudoğlu, Saadet Partiyası sədri Birol Arıkan, Yenidən Rifah Partiyası lideri Fatih Erbakan, HÜDA PAR sədri Zekeriya Yapıcıoğlu, BBP lideri Mustafa Destici, eləcə də keçmiş TBMM sədrləri Bülent Arınç və İsmayıl Kahraman iştirak ediblər.

Gecənin ən diqqətçəkən anı isə Prezident Ərdoğan, Davudoğlu və Babacanın illər sonra yanaşı əyləşmələri olub. Fotoda həmçinin DEM Partiya həmsədrlərinin də Ərdoğanın yanında olduğu görünür.

Jurnalist Hilal Köylünün verdiyi məlumata görə, Prezident tədbirdə dolaşaraq hər kəslə salamlaşıb, daha sonra isə Davudoğlu və Babacanı yanına çağıraraq söhbət edib. Çəkilən fotoda iki müxalif liderin onun yanında oturması diqqətdən yayınmayıb.

TBMM-də rezonans doğuran FOTOLAR - İllər sonra yanaşı oturdular - foto 1
TBMM-də rezonans doğuran FOTOLAR - İllər sonra yanaşı oturdular - foto 2
TBMM-də rezonans doğuran FOTOLAR - İllər sonra yanaşı oturdular - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO