Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Hazırda oxunan: Kanada Fələstinin müstəqilliyini tanıdı
271646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı bəyanat verib.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

“Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Kanada bu addımı “iki dövlətli həll” imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb.

Fələstin Administrasiyasının rəhbərlik etdiyi Fələstin Dövlətinin tanınması dinc yanaşı yaşamaq və HƏMAS-a son qoymaq istəyənləri gücləndirir. Bu, heç bir şəkildə terroru qanuniləşdirmir. Fələstin Administrasiyası Kanada və beynəlxalq ictimaiyyət qarşısında çox ehtiyac duyulan islahatlar, o cümlədən onun idarəçiliyində əsaslı islahatların aparılması, 2026-cı ildə HƏMAS-ın heç bir rol oynaya bilməyəcəyi ümumi seçkilərin keçirilməsi və Fələstin Dövlətinin demilitarizasiyası ilə bağlı birbaşa öhdəliklər götürüb. Kanada artıq irəliləyiş əldə edilmiş bu islahat gündəmini Fələstin Administrasiyasının həyata keçirməsinə dəstək vermək üçün səyləri gücləndirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO