Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Hazırda oxunan: Yevgeni Priqojinin “adamı” saxlanıldı
271584
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dominikan Respublikasında villada 25 yaşlı Dmitri Novikov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun kibercinayətkarlıq və rəqəmsal dezinformasiya fəaliyyəti ilə məşğul olduğu iddia edilir.

Bizim.Media xəbır verir ki, bu barədə Dominican Today yazıb.

Məlumata görə, istintaq Novikovu Rusiyada “troll fabriki” kimi tanınan “Laxta” layihəsi ilə əlaqələndirir.

O, sosial şəbəkələrdə manipulyasiya aparan və təkcə Dominikanda deyil, bütün regionda siyasi dezinformasiya yayan platformanı idarə edib. Prokurorluq saxlanılmanı “beynəlxalq dezinformasiya şəbəkələrinə qarşı bölgədə atılmış ən ciddi zərbələrdən biri” kimi qiymətləndirib.
 

İstintaq müəyyən edib ki, Novikov ödənişləri kriptovalyuta ilə alıb. Onun çirkli pulların yuyulmasında və qanunsuz transmilli maliyyələşdirmədə iştirak etdiyi güman edilir. Saxlanılarkən, onda odlu silah ticarəti ilə bağlı sübutlar da aşkarlanıb. Rusiyalı Bavaro kurortunda ailəsi ilə birlikdə yaşayırmış.


Rus mediasında “troll fabriki” tez-tez mərhum iş adamı, “Vaqner”in qurucusu Yevgeni Priqojinlə əlaqələndirilir. ABŞ Ədliyyə Nazirliyi isə bu qurumun 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilədə iştirak etdiyini iddia edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO