Kölndə iğtişaşlar: 12 polis əməkdaşı xəsarət aldı

Kölndə iğtişaşlar: 12 polis əməkdaşı xəsarət aldı

Hazırda oxunan: Kölndə iğtişaşlar: 12 polis əməkdaşı xəsarət aldı
267968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Köln şəhərində müharibə əleyhinə keçirilən etiraz aksiyası iğtişaşlarla nəticələnib.

Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, “Rheinmetall”i silahsızlaşdırın!” şüarı altında keçirilən yürüşdə polis və etirazçılar arasında qarşıdurma baş verib.

Polis məlumatında bildirilib ki, etirazçılar dəfələrlə qanunları pozduqları, polis əməkdaşlarına hücum etdikləri üçün aksiya dayandırılıb.

Hüquq-mühafizə orqanları hücumların qarşısını almaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Hadisə nəticəsində 12 polis əməkdaşı xəsarət alıb. Etirazçılar arasında da xəsarət alanlar var.
 

Etirazçılar Almaniyanın hərbsizləşdirilməsini və silahlanmanın dayandırılmasını tələb ediblər. Üç min nəfərin qatıldığı yürüşdə sülh təşəbbüsləri və Fələstin tərəfdarı qrupların üzvləri iştirak ediblər. Onlar Almaniyada hərbi xidmət haqqında yeni qanuna etiraz edərək xalqlar arasında dostluğun vacibliyini vurğulayıblar.


Polis nümayişçilərin binaları və küçələri blokadaya almasının qarşısını almağa çalışıb. Etirazçılar arasında bir neçə gün əvvəl eyni şüar altında Kölnün müxtəlif yerlərini, o cümlədən Sosial Demokrat Partiyasının (SPD) qərargahını, mühərrik istehsalçısı “Deutz AG” şirkətinin bir anbarını və orduya məxsus kazarmanı blokadaya almış şəxslər də olublar.

Bir neçə nəfər saxlanılıb və onların şəxsiyyətləri müəyyənləşdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO