Dünyada koronavirusdan ölənlərin SON STATİSTİKASI 

Hazırda oxunan: Dünyada koronavirusdan ölənlərin SON STATİSTİKASI 

26012

Koronavirus infeksiyası bütün dünyada yayılmaqda davam edir. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 3 900 119 nəfərə çatıb. 

Pandemiya ərzində koronavirusdan ən çox ölüm sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda təhlükəli infeksiyadan artıq 617 875 insan ölüb. 

Siyahıda ikinci yerdə Braziliya (504 897 ölüm sayı), Hindistan (390 691), Meksika (231 505), Peru (190 906), Rusiya (130 895), Böyük Britaniya (128 008), İtaliya (127 322), Fransa (110 829) və Kolumbiya (101 302) qərarlaşıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO