Almaniyada məcburi hərbi xidmət bərpa ediləcək?

Almaniyada məcburi hərbi xidmət bərpa ediləcək?

Hazırda oxunan: Almaniyada məcburi hərbi xidmət bərpa ediləcək?
259735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer son vaxtlar ölkədə ciddi müzakirə olunan məcburi hərbi xidmətin bərpasına dəstəyini ifadə edib.
 

Bizim.Media xəbər verir ki, Prezident ZDF televiziyasına müsahibəsində Rusiya-Ukrayna müharibəsini “Avropada real müharibə” adlandıraraq, Almaniyanın dəyişmiş təhlükəsizlik şəraitinə uyğun hərbi nəticələr çıxarmalı olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin daha yaxşı müdafiəsi üçün Silahlı Qüvvələrin (Bundesver) şəxsi heyətinin gücləndirilməsi vacibdir və məcburi hərbi xidmətin yenidən tətbiqi bu baxımdan əsas vasitələrdən biridir.
 

Frank-Valter Ştaynmayer Almaniyanın müdafiə naziri Boris Pistoriusun silahlı qüvvələri daha cəlbedici etmək yönündə çağırışının doğru olduğunu vurğulayıb. Prezident hərbi xidmətin dərhal tətbiq edilə bilməsə də, ciddi şəkildə müzakirəyə çıxarılmasını və 2011-ci ildə xidmətin dayandırılmasından sonra ləğv olunan infrastruktur və təlim imkanlarının bərpasına hazırlıq işlərinin görülməsinin vacibliyini qeyd edib.


Federal Prezident, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. NATO-nun Haaqada keçirilən sonuncu Sammitinin ümidverici olduğunu qeyd edən Frank-Valter Ştaynmayer bildirib ki, həmin tədbirdə Avropa dövlətləri daha çox məsuliyyət daşımağa hazır olduqlarını nümayiş etdirib. Bu, müharibə aparmaq yox, əksinə, onun qarşısını almaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO