Xameneidən ABŞ-a xəbərdarlıq - “Boş-boş danışmayın”

Xameneidən ABŞ-a xəbərdarlıq - “Boş-boş danışmayın”

Hazırda oxunan: Xameneidən ABŞ-a xəbərdarlıq - “Boş-boş danışmayın”
250316
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə hazırda aparılan danışıqların nəticə verəcəyinə şübhə duyduğunu ifadə edib.

.BizimMedia xəbər verir ki, bu barədə məlumatı Xameneinin Mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, indi olduğu kimi, əvvəllər də (keçmiş Prezident İbrahim Rəisinin dövründə - red.) vasitəçilərin köməyi ilə danışıqlar aparılıb, lakin nəticəsiz qalıb: “İndi də, bu danışıqların hər hansı nəticə verəcəyini düşünmürük. Bundan sonra nə olacağı aydın deyil”.

Xamenei, həmçinin qeyd edib ki, İrandan uranın zənginləşdirilməsini dayandırmaq böyük səhvdir:

“Qarşı tərəfə xəbərdarlıq etmək istərdim. Vasitəçilərin köməyi ilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri, çalışın boş-boş danışmayın. “İrana uranın zəngişləşdirilməsi ilə məşğul olmağa icazə verməyəcəyik” deməyiniz böyük səhvdir. Bizə heç kəsin icazəsi lazım deyil”.

Xatırladaq ki, ABŞ və İran arasında danışıqların beşinci raundunun mayın 24-dən 25-nə qədər Romada keçirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO