Tibb tarixində ilk: İnsan titan ürəklə 100 gün yaşayıb

Tibb tarixində ilk: İnsan titan ürəklə 100 gün yaşayıb

Hazırda oxunan: Tibb tarixində ilk: İnsan titan ürəklə 100 gün yaşayıb
239676
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstraliyada ilk dəfə olaraq titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı avstraliyalı kişi “BiVACOR” adlı cihazla üç aydan çox yaşadıqdan sonra donor ürək transplantasiyası edilib. Bu süni ürək donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən ürək çatışmazlığı xəstələri üçün müvəqqəti həll kimi istifadə edilir. 

Bizim.Media “Nature” jurnalına istinadən xəbər verir ki, Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib.
 

“BiVACOR cihazı” ABŞ və Avstraliyada ofisləri olan mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir. 


Tədqiqatçılar cihazın gələcəkdə donor ürəyi üçün uyğun olmayan bəzi xəstələrdə daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur.

Hazırda ABŞ-da 7 milyona yaxın insan ürək çatışmazlığından əziyyət çəkir, lakin donor çatışmazlığı səbəbindən 2023-cü ildə cəmi 4500 ürək transplantasiyası həyata keçirilib. 

“BiVACOR” cihazının sınaqları davam edir və kardioloqlar bu texnologiyanın ürək xəstəliklərinin müalicəsində yeni perspektivlər açacağını bildirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO