Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO

Hazırda oxunan: Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO
237083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağ Evdə ABŞ lideri Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən gərgin mübahisəyə dünya liderləri də səssiz qalmayıb.

Bizim.Media xəbər verir ki, əksər ölkələrin rəsmiləri Zelenskiyə dəstək paylaşımları ediblər.

İlk növbədə Polşanın Baş naziri Donald Tusk özünün “X” hesabında paylaşım edib: “Hörmətli Zelenski, əziz ukraynalı dostlar, bilin ki, siz tək deyilsiniz”.

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO - foto 1


Qeyd edək ki, Tusk Ukrayna prezidentini dəstəkləyən ilk Qərb lideridir.

Kaliforniyadan olan senator Adam Şiff: “Bu gün oval kabinetdə bir qəhrəman və bir qorxağın danışıqları aparıldı. Görüş başa çatdıqdan sonra isə qəhrəman Ukraynaya geri qayıdır”.

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO - foto 2


Fransa Prezidenti Emmanuel Makron da Ağ Evdə baş verənlərə səssiz qalmayıb: “Rusiya təcavüzkardır, Ukrayna isə qurbandır”.

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO - foto 3


İspaniyanın Baş naziri Pedro Sançes də Zelenskiyə dəstəyini ifadə edib: "Ukrayna, İspaniya sizinlədir".

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO - foto 4


Həmçinin Almaniyanın gələcək kansleri Fridrix Mertzin Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) partiyası da baş verənlərlə bağlı bəyanat yayıb:

“Ağ Evdəki səhnələr şok edicidir. İşğal olunmuş bir ölkənin prezidentinə necə xəyanət etmək olar? Azad Avropa Ukraynadan əl çəkməyəcək”.

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO