Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq – KİV

Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq – KİV

Hazırda oxunan: Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq – KİV
229108
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə prezidentliyə namizəd olmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Hələlik bu məlumat rəsmi olaraq təsdiq və ya təkzib olunmayıb.

“İkinci müddətlə bağlı qərar qəbul olunub. 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkilərində qalib gəlmək şansı var”, - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, hazırda Zelenskinin qələbə qazanmaq şansı yalnız onun əsas rəqibi olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının namizədliyini irəli sürmədiyi halda var. Bildirilib ki, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.

Qeyd edək ki, Zelenskinin prezident səlahiyyətləri 2024-cü il mayın 20-dən sonra rəsmən başa çatıb. Ölkədə hərbi vəziyyət olduğundan parlament və prezident seçkiləri keçirilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO