Telman İsmayılova daha bir zərbə 
 - İri ticarət mərkəzini itirdi

Telman İsmayılova daha bir zərbə - İri ticarət mərkəzini itirdi

Hazırda oxunan: Telman İsmayılova daha bir zərbə - İri ticarət mərkəzini itirdi

223941

Moskvanın Çerkizov bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman İsmayılova məxsus ticarət mərkəzi “Avanqard” banka satılıb.

xa0Moskvanın İzmaylov şossesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi içərisində olan mebellər və ofis avadanlıqları ilə birlikdə mayın 3-də keçirilən hərracda satılıb.xa0

Alqı-satqının dəyəri 1,55 milyard rubl olub. Bina içərisində olan inventarla birgə bankın mülkiyyətinə keçib. Lotda təsviri zamanı inventara “Saratov” soyuducusu, ofis mebeli, kompüterlər və digər əşyalar daxil olub.

Ticarət mərkəzi satışa qədər AST Telman İsmayılovla ailəsinə məxsus “Ruslayn 2000” şirkətinin tərkibində olub.

Xatırladaq ki, 2015-ci ildə müflis olduğu elan olunan biznesmen Rusiyada Telman 8 nəfərin qətlində ittiham edilir. Öldürülənlər arasında sahibkarlar Vladimir Savkin və Yuri Brilyov da var. (Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO