Belçikanın Baş naziri Bakı limanında – FOTO

Belçikanın Baş naziri Bakı limanında – FOTO

Hazırda oxunan: Belçikanın Baş naziri Bakı limanında – FOTO
220197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də iştirak etdiyi görüşdə karbon emissiyasının sıfra endirilməsi, dənizçilik sektorunda iqlimə zərər vuran təsirlərin minimallaşdırılması və limanın dayanıqlı inkişaf həlləri barədə müzakirələr aparılıb.
 

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun, həmçinin dəniz xidmətləri və dibdərinləşdirmə sahəsində təcrübəli şirkət olan “Jan De Nul”un rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Belçika limanları ilə Bakı Limanı arasında növbəti əməkdaşlıq və təcrübə mübadilə imkanlarının artırılması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.


Sonda isə qonaqlar liman terminalları və buradakı texnoloji yeniliklərə uyğun iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, hazırda Bakı Limanının Belçikanın Antverp Limanı ilə əməkdaşlığı mövcuddur.

Belçikanın Baş naziri Bakı limanında – FOTO - foto 1
Belçikanın Baş naziri Bakı limanında – FOTO - foto 2
Belçikanın Baş naziri Bakı limanında – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO