Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52 faiz olub

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52 faiz olub

Hazırda oxunan: Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52 faiz olub
218033
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Saat 17:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Baxrom Kuçkarov MSK-da keçirilən brifinqdə deyib.
 

O cümlədən, 19,9 milyon vətəndaşın səsvermədə iştirakı gözlənilir, onlardan 14,2 milyonu saat 17:00-dək artıq seçkilərdə səs verib.


Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO