Dağıstandaxa0 polis rəisi iş yerində qondarma “Valentin günü”nü qadınlarla yeyib-içmək və rəqslə qeyd edib.xa0
Moderator.az yazır ki, bu haqda “RİA -Derbent” agentliyixa0 xəbər yayıb. Respublika Daxili İşlər Nazirliyi polis formasında olan şəxslərinxa0 iş otağındaxa0 rəqs etdiklərinin göründüyü videoya ciddi reaksiya verib.
Videoda polis formasında kişi vəxa0 qadının üzərində spirtli içki, qazlı su, meyvə və tortxa0 olan bayram masasının yanında “ləzginka” rəqsi oynadıqları aydın görünür.xa0 Kənardakı qadınlardan biri çəpik vurur, fit çalır, digəri isə baş verənləri telefona çəkir. Video-yazının məhz fevralın 14-də internetdə yayılmasına görəxa0 yerli mediaxa0 polislərin “Valentin gününü” qeyd etdikləri qənaətinə gəlib.xa0
“RİA -Derbent”in verdiyixa0 məlumata görə, rəqs edənlərdən biri Mahaçqala polis idarəsinin 60 yaşlıxa0 bölmə rəisi polkovnik Magomed Razakovdur.xa0
Daxili İşlər Nazirliyi videoda görüntülənən şəxslərlə bağlı xidməti yoxlama aparılması barədə məlumat verib. Eyni zamanda nazirlik rəqs edən polis məmurunun 2017-ci ildə daxili işlər orqanlarından azad olunduğunu vurğulayıb. “Araşdırmanın nəticələrinə görə,xa0 iştirakçıların intizam məsuliyyətinə cəlb edilməsi məsələsi həll ediləcək” –deyə nazirlyin mətbuat xidməti əlavə edib.xa0
Sultan Laçın






































































































