Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Hazırda oxunan: Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

622019

Peru hakimiyyəti, yüksək maaşlı iş vədləri ilə ölkə vətəndaşlarının Rusiya ordusuna cəlb edilməsini nəzərdə tutan gizli şəbəkənin fəaliyyətini araşdırmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalı yayıb.

Bir çox perulu kişiyə Rusiyada aşpaz, mühafizəçi və ya sürücü kimi yüksək gəlirli vakansiyalar təklif olunub.

Lakin onlar Rusiyaya çatdıqdan sonra hərbi müqavilələr imzalamağa məcbur ediliblər və nəticədə özlərini Ukraynadakı cəbhə xəttində tapıblar.
 

Hazırda Peru Prokurorluğu insan alveri əlamətlərini əsas gətirərək daxil olmuş 36 rəsmi şikayət üzrə araşdırma aparır. Vəkillərin və hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, hazırda Rusiya tərəfində 800-ə yaxın Peru vətəndaşı döyüşə bilər.


Məsələ ilə bağlı Peru Xarici İşlər Nazirliyi hərəkətə keçərək rəsmi Moskvaya vətəndaşlarının olduğu yerin müəyyənləşdirilməsi ilə bağlı azı 247 sorğu göndərib. Rəsmi Lima Peru vətəndaşlarının təhlükəsiz şəkildə ölkəyə qaytarılmasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO