Keçmiş prezidentə 5 milyon dollar mükafat

Keçmiş prezidentə 5 milyon dollar mükafat

Hazırda oxunan: Keçmiş prezidentə 5 milyon dollar mükafat

212795
Liberiyanın keçmiş prezidenti Ellen Cohnson Sörlif 5 milyon dollar mükafatlaxa0 təltif olunub.

O prezidentliyi uğurlu fəaliyyətlərinə görə Məhəmməd İbrahim Vəqfi tərəfindən mükafatlandırılıb.

Sörlif 2006-cı ildə prezident seçildikdə ölkə vətəndaş müharibəsinin fəsadlarını aradan qaldırmağa çalışırdı. Sörlif isə həmin tarixdən etibarən 10 il davam edən prezident vəzifəsi dövründə ölkədə demokratiyanın formalaşmasına və ölkənin yenidən bərpasına töhfə verən nəhəng addımlar atmışdı.

Qeyd edək ki, Sudan əsilli ingilis iş adamı Məhəmməd İbrahim adına vəqf, Afrikadaxa0 yüksək vəzifələrdə olmuş və uğurlu işlər icra etmiş dövlət adamlarını mükafatlandırır. 2007-ci ildə yaradılan vəqf son 6 ildə layiq namizəd olmadığını irəli sürərək heç kəsə mükafat verməmişdi.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO