Aİ Maduronu Venesuelanın prezidenti kimi TANIMADI

Aİ Maduronu Venesuelanın prezidenti kimi TANIMADI

Hazırda oxunan: Aİ Maduronu Venesuelanın prezidenti kimi TANIMADI
205137
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Aİ Nikolas Maduronu Venesuelanın yeni seçilmiş prezidenti kimi tanımır".

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin diplomatiya rəhbəri Jozep Borel deyib. 

O, bildirib ki, Venesuelada prezident seçkilərində səslərin hesablanmasının rəsmi nəticələri etibarlı sayıla bilməz.

O, beynəlxalq müşahidəçilərin səsvermə proseduru ilə bağlı ciddi şikayətlərinə, habelə Venesuela seçki komissiyasının hələ də seçki məntəqələrindən Nikolas Maduronun seçkilərdə qələbəsini təsdiq edən protokolları dərc etməməsinə diqqət çəkib. Lakin bu qələbə artıq elan olunub. 

“Müxalifət tərəfindən dərc edilmiş və bir neçə müstəqil təşkilat tərəfindən nəzərdən keçirilən seçki səsvermə protokollarının nüsxələri göstərir ki, Edmundo Qonzales Urrutia (Venesuelanın yeganə müxalifət namizədi – red.) prezident seçkilərində əhəmiyyətli fərqlə qalib gəlib”, - deyə Borelin bəyanatında qeyd olunur. 
 

Aİ beynəlxalq səviyyədə tanınmış bir qurum tərəfindən seçki protokollarının müstəqil şəkildə nəzərdən keçirilməsinə çağırıb. Brüssel Maduronun ikinci müddətə legitimliyini tanımır - ölkədə əvvəlki seçkilər də analoji ssenari üzrə keçirilib, bundan sonra hakimiyyət müxalifəti təqib etməyə başlayıb və ölkədə uzunmüddətli siyasi böhran başlayıb. 


Bundan bir gün əvvəl Avropa İttifaqının 7 ölkəsi - Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Niderland və Portuqaliya Venesuela hakimiyyətini seçki məntəqələrinin hesablama vərəqlərini dərc edərək Maduronun qələbəsini sübut etməyə çağırıb. Bundan əvvəl ABŞ Qonzalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb. 

Aİ Maduronu Venesuelanın prezidenti kimi TANIMADI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO