Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat YAYDI

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat YAYDI

Hazırda oxunan: Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat YAYDI
194579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.

Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.

“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.

Qeyd edək ki, bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO