Ərdoğan: “Türkiyə ümumbəşəri dəyərlərə sadiq qalaraq dünyada sülhə xidmət etməyə davam edəcək”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə ümumbəşəri dəyərlərə sadiq qalaraq dünyada sülhə xidmət etməyə davam edəcək”

187009

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə Fələstin-İsrail münaqişəsi ilə bağlı məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Ərdoğan Türkiyənin sonadək sülhə xidmıt edəcəyini xüsusi olaraq vurğulayıb.

“Münaqişə bölgələrinə humanitar yardımların çatdırılmaması səbəbindən bu gün insanlar aclıqdan ölürlər. Qəzza zolağına müqəddəs Ramazan ayında da zərbələr endirilib. Ukrayna müharibəsi isə üçüncü ilinə qədəm qoyub.

Bu bölgələrdəki gərginlik bütün dünyaya öz mənfi təsirini göstərir. Bu kimi çağırışlar beynəlxalq əməkdaşlıq və koordinasıyanın zərurətini bir daha ortaya qoyur”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, ölkəsi ümumbəşəri dəyərlərə sadiq qalaraq dünyada sülhə xidmət etməyə davam edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO