Tayvan zəlzələsində ölənlərin sayı 4-ə çatdı - 97 yaralı var - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Tayvan zəlzələsində ölənlərin sayı 4-ə çatdı - 97 yaralı var - YENİLƏNİB/VİDEO

185403

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində ən azı 4 nəfər ölüb, 97 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tayvanın “Zhongshi Xinwenwan” informasiya portalı məlumat yayıb.

*** 08.10

Tayvan adasının şərq sahillərində baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Zəlzələ nəticəsində bir neçə binanın dağıldığı, ölən və xəsarət alanların da həmin binaların sakinləri olduğu bildirilir. Hazırda axtarış işləri aparılır. Ölü və yaralı sayının çoxalması ehtimalı var.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub. Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO