Moskvada yaralananların sayı 180-ə çatdı

Moskvada yaralananların sayı 180-ə çatdı

Hazırda oxunan: Moskvada yaralananların sayı 180-ə çatdı

184041

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

Bizim.Media  xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.

Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.
Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO