Moskvada

Moskvada "Crocus City Hall"da  ölənlərin sayı 137-yə çatdı

Hazırda oxunan: Moskvada "Crocus City Hall"da  ölənlərin sayı 137-yə çatdı

184033

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi bildirib.

“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyitin kimliyi müəyyən edilib”, – qurumun açıqlayıb.

Eyni zamanda, “RİA Novosti” konsert zalındakı dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib. Ölənlərin sayının artması istisna edilmir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO