Kreml Beynəlxalq Olimpiya Komitəsinə XƏBƏRDARLIQ ETDİ

Kreml Beynəlxalq Olimpiya Komitəsinə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: Kreml Beynəlxalq Olimpiya Komitəsinə XƏBƏRDARLIQ ETDİ

183486

Məlum olduğu kimi, cari ilin sentyabr ayında Rusiyada beynəlxalq Dostluq Oyunlarının (DO) keçirilməsi planlaşdırılır.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, lakin Beynəlxalq Olimpiya Komitəsi bir gün əvvəl DO-nın iştirakçılarına qarşı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı bəyanat verib.

Belə ki, BOK-un Milli Olimpiya Komitələri ilə Əlaqələr Departamentinin direktoru Ceyms MakLeod bəyanatda, Dostluq Oyunlarında iştirak edəcək idmançıları sanksiyalarla hədələyib.

O, açıqlamasında, idmanın siyasiləşdirilməsinə qarşı çıxdığını bildirib və idmançıları Dostluq Oyunlarında iştirak etməməyə çağırıb. Və tövsiyələrinə rəğmən Rusiyaya gələnlərin ciddi sanksiyalarla üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu gün də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu tənqid edən açıqlama verib. 

“Bu, idmançıları qorxutmaqdan başqa bir şey deyil. Bu cür bəyanatlar BOK-un nüfuzuna xələl gətirir” – deyə Dmitri Peskov vəziyyəti şərh edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO