Zaxarova: \

Zaxarova: \"Fransa Afrikadakı uğursuzluqdan sonra Cənubi Qafqaza can atır\"

Hazırda oxunan: Zaxarova: \"Fransa Afrikadakı uğursuzluqdan sonra Cənubi Qafqaza can atır\"

182010

“Fransa Afrikada iflasa uğradıqdan sonra istəyir ki, fəallığını Cənubi Qafqazda artırsın və itirdiklərini kompensasiya etsin".

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının “Vladimir Solovyovla bazar axşamı” verilişində danışıb.

Rusiyalı diplomatın fikrincə, Fransa bu bölgədə sülhməramlı olmaq iddiasına düşüb.

“Biz başa düşürük ki, Fransanın etdiklərinin sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Qarabağda sülhməramlı rolunu ölkəmiz öz üzərinə götürüb və yerinə yetirib", deyə o, qeyd edib.
Xatırladaq ki, fevralın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfər edib. Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri ilə birgə keçirdiyi brifinqdə bildirib ki, Paris Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO