Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO  

Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO  

Hazırda oxunan: Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO  

180100

Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynaya qoşun yeridə biləcəyini etiraf edib. O, Ukraynanı dəstəkləmək üçün yeni koalisiya elan edib və ora Qərb qoşunlarının göndərilməsini istisna etməyib. 

Bizim.Media “Reuters”ə istinadən  xəbər verir ki, Makron bu barədə Parisdə 20 Avropa ölkəsinin liderlərinin Ukraynaya yardımı müzakirə etdiyi konfransdan sonra bildirib. 

Makronun sözlərinə görə, Avropa ölkələri indiki mərhələdə qoşunların göndərilməsi ilə bağlı konsensusa malik deyil: 

“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır”.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO