Məğlubiyyətin ETİRAFI – Qərb Rusiya ilə ona görə bacarmadı ki… - TƏHLİL 

Məğlubiyyətin ETİRAFI – Qərb Rusiya ilə ona görə bacarmadı ki… - TƏHLİL 

Hazırda oxunan: Məğlubiyyətin ETİRAFI – Qərb Rusiya ilə ona görə bacarmadı ki… - TƏHLİL 

175767

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə dönüş yaratmaq üçün Qərbdən yardım istəyir. Qərbsə yardımdan boyun qaçırtmaq üçün müxtəlif bəhanələr gətirir. 

Uğursuzluğun etirafı

Məsələn, ABŞ-da Ukraynaya yardımı dayandırmaq üçün 25 ştat ayağa qalxıb. Tələbsə odur ki, Ukraynaya edilən yardıdm dayandırılsın və həmin vəsait ölkənin daxili ehtiyaclarına yönəldilsin. Avropa İttifaqında da mənzərə fərqli deyil. Qurum 2024-cü il üçün Ukraynaya 50 milyard avroluq yardım paketi hazırlayıb. Amma Macarıstan bu paketin təsdiqinə veto qoyub. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiya nümayəndə heyətinin rəhbərinə BMT sessiyasında iştirak üçün VİZA VERMƏDİ​

​​​​​​
Ən başlıcası isə Qərb liderləri Ukraynanın Rusiya ilə müharibədə hər hansı bir uğur qazanmasını artıq mümkünsüz sayır. Məsələn, ötən gün Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell deyib ki, Ukraynada müharibə davam edir:

“Döyüşlər daha da güclənir və biz Ukrayna tunelinin sonunda işıq görmürük. Avropanın sanksiyaları Rusiyanın müdafiə sənayesini məhv edə bilməyib. Aİ  Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib, hərb sənayesini xeyli zəiflədib. Lakin Rusiyanın hələ də potensialı var”.

Borreldən bir gün öncə isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Rusiya iqtisadiyyatının liderlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

"Rusiyanın iqtisadi rəhbərliyi çox istedadlıdır. İlkin gözləntilərin əksinə olaraq, Rusiya iqtisadiyyatı Qərb ölkələrinin sanksiyalarının öhdəsindən uğurla gəlir”.

Bu cür fikirlər əslində Ukraynaya yardımdan boyun qaçırtmaq üçün səsləndirilir. 

Qərb açıq şəkildə etiraf edir ki, münaqişə onların planlaşdırdığı kimi getmədi və Rusiya savaşdan daha güclü çıxdı. Bu da onu göstərir ki, Qərb liderləri Ukraynanı müharibəyə təhrik edəndə Rusiyanın imkanlarını doğru hesablaya bilməyiblər. Bu da ilk növbədə Qərbin siyasi uğursuzluğunun, rus tarixinə bələd olmamasının göstəricisidir.

Rusiya Qərbin bu vaxtadək bütün sanksiyalarına sinə gərib və bundan sonra da bunu bacaracaqlarını deyir. Məsələn, dekabrın 25-də Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiya Federasiyasına qarşı ən ağrılı sanksiyaları sadalayıb və təzyiqlərin artırılmasına hazırlıq görməyə çağırıb:

“Rusiyada iqtisadiyyatın restrukturizasiyası (yenidən strukturlaşdırılması) kifayət qədər sürətli templə gedir. Bu, onun bazar xarakteri, yeni reallıqlara tez uyğunlaşan bir iş olması ilə bağlıdır”.

Müharibə Rusiyanı niyə çökdürə bilmədi?

Yəni 2 illik müharibə və Qərblə açıq qarşıdurma Rusiyanı çökdürmədi, əksinə bu dövləti toparlanmağa, yeni çağırışlara cavab verəcək yeni iqtisadiyyat formalaşdırmağa məcbur etdi. Təsadüfi deyil ki, 2023-cü ildə Rusiya iqtisadiyyatı xeyli böyüdü. 

Baxmayaraq ki, büdcə gəlirlərinin 43 faizi Ukrayna müharibəsinə cəlb edilib. Amma ölkə öz imkanlarını səfərbər etməyi və sanksiyalardan, müharibənin zərərlərindən yayınmağı bacardı. Təbii ki, bu iqtisadi dirçəlişin müəlliflərindən biri də türk qızı Elvira Nabiullinadır. 

Təsadüfi deyil ki, ötən ilin sonunda “Politico” jurnalı Nabiullinanı Avropanın ən nüfuzlu adamlarının ənənəvi siyahısındakı “pozucular” kateqoriyasında “ən yaxşı” kimi təqdim etmişdi. Yəni Nabiullina ağıllı iqtisadi konsepsiyası ilə Qərbin bütün sanksiyalarını maksimum dərəcədə zərərsizləşdirə bildi.

Ona görə də artıq Qərb Ukraynaya böyük ölçüdə yardımlar etmək əvəzinə siyasi şoular barədə düşünür. Yəni Qərb Rusiya ilə mübarizəni hərbi-iqtisadi müstəvidən diplomatik müstəviyə daşıyır. 

Məsələn, ABŞ ötən gün Rusiya nümayəndə heyətinin rəhbəri Artur Lyukmanova BMT-nin İKT-dən istifadə ilə mübarizə üzrə Konvensiyanın hazırlanması üzrə sessiyasında iştirak etmək üçün viza verməyib.

Yəni həm ABŞ, həm də Avropa dolayısı ilə öz məğlubiyyətlərini etiraf edir. Amma bununla belə hələ hər şeyin “bitmədiyi” mesajını verməyə çalışırlar. Əslində isə hər şey olmasa da, çox şey bitib. Ona görə də, Qərb “odu söndürüb, külü ilə oynayır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO