Ukrayna Şəhər şurasının iclası zamanı deputatlara “çağırış vərəqələri” PAYLANDI - VİDEO

Ukrayna Şəhər şurasının iclası zamanı deputatlara “çağırış vərəqələri” PAYLANDI - VİDEO

Hazırda oxunan: Ukrayna Şəhər şurasının iclası zamanı deputatlara “çağırış vərəqələri” PAYLANDI - VİDEO

175249

Şəhər şurasının iclası zamanı ukraynalı deputatlara çağırış vərəqələri paylanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çervonoqrad Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün keçirilən şura sessiyası zamanı müharibədə həlak olmuş Andrey Jiqailinin yaxınlarına Ukraynanın “Şücaət” ordeninin təqdim edilməsi planlaşdırılıb.
Lakin iclas zalına hərbi komissarlığın nümayəndələri daxil olaraq sessiyada iştirak edən 7 deputata səfərbərlik və hərbi xidmətə dair çağırış vərəqələri təqdim ediblər.

“Onlar 10 çağırış vərəqəsini təqdim etmək niyyətində idilər, lakin üç deputat iclasda  iştirak etmədiyi üçün 7-ni təhvil verdilər”, - deyə məlumatda qeyd edilib.
 


Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO