Zelenski borc bataqlığından necə xilas olacaq? – Aleksandr Mereşkodan ÖZƏL AÇIQLAMA

Zelenski borc bataqlığından necə xilas olacaq? – Aleksandr Mereşkodan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Zelenski borc bataqlığından necə xilas olacaq? – Aleksandr Mereşkodan ÖZƏL AÇIQLAMA

174747

Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Ukraynanın borc aldığı ölkələrin sayı artır. Ukrayna bu dəfə Polşadan kreditlə silah alacaq. Bunu Prezident Vladimir Zelenski Polşa Baş naziri Donald Tuskla Kiyevdə görüşü zamanı deyib.

Məlumdur ki, Rusiya ilə müharibə başladıqdan bəri Ukrayna faktiki olaraq Qərbdən gələn yardımlar və alınan borclar hesabına ayaqüstə dayanmağı bacarır. Lakin borcların getdikcə artması, Kiyev üçün təhlükələri də artırır.

Maraqlıdır, Ukrayna bu borc bataqlığından necə xilas olacaq? 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: “Ukraynanın NATO əsgərlərinə ehtiyacı yoxdur”


AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko Bizim.Media-ya mövzu ilə bağlı özəl açıqlama verib. A.Mereşko qeyd edib ki, borc mövzusu Ukrayna üçün kəskin problem deyil: 

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Rusiya Ukraynaya qarşı törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalı və dəymiş ziyana görə kompensasiya ödəməlidir. Bu günə qədər təkcə Avropada 300 milyard dollara yaxın Rusiya vəsaiti dondurulub. Putini dəstəkləyən və Rusiyaya aqressiv müharibə aparmağa kömək edən rus oliqarxlarının vəsaitlərini də əlavə etsək, Qərb banklarında belə fondlar daha çoxdur. 

Hazırda sözügedən vəsaitlərin dondurulması yox, həm də bu vəsaitlərin, əmlakların müsadirə olunması və Ukraynaya verilməsi prioritet istiqamətlərdən biridir”.

Ukraynalı diplomat müharibənin gedişatını və gələcəyini belə şərh edib: 

“Biz görürük ki, müharibə artıq Rusiya ərazisində gedir və bu proses davam edəcək. Rusiyanın tammiqyaslı işğalından sonra itirdiyimiz ərazilərin təxminən 50 faizini azad etdik. Qərb hərbi ekspertlərinin fikrincə, Ukrayna ordusu genişmiqyaslı işğalı həyata keçirən Rusiya ordusunun 90 faizini məhv edib. 

Qara dənizdəki rus donanması açıq-aşkar məğlubiyyətə uğradı. Yəni Ukraynanın bütün ərazisinin rus işğalçılarından azad edilməsi zaman məsələsidir. Müharibənin nə qədər davam edəcəyini bilmirik, amma istənilən senariyə hazırıq. 
Cəmi bir neçə ildən sonra Rusiya iqtisadiyyatı sanksiyaların təsiri altında çökməyə başlayacaq. Bu, artıq Rusiya iqtisadiyyatının bəzi sahələrində, məsələn, mülki aviasiyada baş verir. Rusiyanın məğlubiyyəti yaxın gələcəyin məsələsidir. Rusiya Ukraynanı məğlub etmək iqtidarında deyil. Çünki Ukrayna bütün demokratik dünya tərəfindən dəstəklənir”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO